Faktiki hava: Bakıda 27, Aran rayonlarında 31 dərəcəyə isti olub

11:08 21.04.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Milli Hidrometeorologiya Xidmətinin aprelin 21-i saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti sabit, əsasən yağmursuz keçib.

Xidmətdən hafta.az-a verilən məlumata görə, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 27, Naxçıvan Muxtar Respublikasında və Aran rayonlarında 31, dağlıq rayonlarda 22 dərəcəyədək isti olub.